...

Mərkəzi Univermaqdan qızıl üzük oğurlayan şəxs tutulub

Hadisə Materials 8 Mart 2017 12:58 (UTC +04:00)
Bakıda Mərkəzi Univermaqdan qızıl üzük oğurlayan şəxs tutulub.
Mərkəzi Univermaqdan qızıl üzük oğurlayan şəxs tutulub

Bakı. Trend:

Bakıda Mərkəzi Univermaqdan qızıl üzük oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 7-də Səbail rayonu ərazisindəki Mərkəzi Univermaqda köşklərdən birindən 2900 manat dəyərində qızıl üzük oğurlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Fuad Abbasov Səbail rayon Polis İdarəsi 9-cu Polis bölməsi və Rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti