...

Nardaran sakini tüfəngini təhvil verdi

Hadisə Materials 8 Mart 2017 13:00 (UTC +04:00)
Nardaran sakini tüfəngini polisə təhvil verib.
Nardaran sakini tüfəngini təhvil verdi

Bakı. Trend:

Nardaran sakini tüfəngini polisə təhvil verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu rayonunun Nardaran qəsəbə sakini İlqar Bəşirov "TOZ-34" markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis bölməsinə təhvil verib.

Bundan başqa, Tərtər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Mamırlı kənd sakini Səxavət Mahmudovdan müvafiq sənədləri olmayan "İJ-18" markalı tüfəng götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti