...

Xaçmazda naməlum meyit aşkar edilib

Hadisə Materials 8 Mart 2017 19:26 (UTC +04:00)
Xaçmazda naməlum meyit aşkar edilib
Xaçmazda naməlum meyit aşkar edilib

Bakı. Trend:

Xaçmazda naməlum meyit aşkar edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Hacıəlibəy kəndi ərazisindən keçən Samur-Abşeron su kanalında 1 nəfər naməlum cəsədin aşkar edilməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin “Şimal” dalğıc-axtarış qrupunun qüvvələri hadisə yerinə cəlb olunaraq naməlum cəsədi sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Əməliyyat saat 15:04-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti