...

Nazirlik: Faciəyə səbəb olan mikroavtobus qanunsuz fəaliyyət göstərib

Hadisə Materials 9 Mart 2017 17:50 (UTC +04:00)
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Nazirlik: Faciəyə səbəb olan mikroavtobus qanunsuz fəaliyyət göstərib

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Qurumun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə daxil olan məlumatda qeyd olunur ki, sərnişindaşıma həyata keçirən "50 BL 132" dövlət nömrə nişanlı "Ford Tranzit" markalı mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib. Faciəyə səbəb olan mikroavtobusa nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən fərqlənmə nişanı verilməyib. Eyni zamanda, nəqliyyat vasitəsi Bakı-Sumqayıt marşrutu üzrə sərnişindaşıma xidməti göstərmək üçün tələb olunan müvafiq icazə sənədini də almayıb.

Bakı-Sumqayıt yolundakı qəzada ölənlərin sayı 5-ə çatdı, 20 yaralı (YENİLƏNİB-5)

Bakı-Sumqayıt yolundakı qəzada ölənlərin sayı 5-ə çatdı, 20 yaralı (YENİLƏNİB-5)

Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma ilə məşğul olan bütün avtobuslar Bakı Beynəlxalq Avtovağzalından hərəkət etməlidir. Qəza törədən mikroavtobus isə qeyri-qanuni olaraq metronun "Memar Əcəmi" stansiyasının yaxınlığından sərnişindaşıma xidməti göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti