...

Faiq Əmirlinin apellyasiya şikayəti təmin edilmədi

Hadisə Materials 10 Mart 2017 09:34 (UTC +04:00)
Bakı Apellyasiya Məhkəməsində AXCP sədrinin həbsdə olan köməkçisi, "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirlinin Nəsimi rayon Məhkəməsinin qərarından verdiyi şikayətə baxılıb.
Faiq Əmirlinin apellyasiya şikayəti təmin edilmədi

Bakı. Samir Əli - Trend:

Bakı Apellyasiya Məhkəməsində AXCP sədrinin həbsdə olan köməkçisi, "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirlinin Nəsimi rayon Məhkəməsinin qərarından verdiyi şikayətə baxılıb. Bu barədə Trend-ə F.Əmirlinin vəkili Fəxrəddin Mehtiyev məlumat verib.

Onun sözlərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə araşdırılan şikayət təmin edilməyib. Məhkəmə Nəsimi rayon Məhkəməsinin qərarını qüvvəsində saxlayıb.

Qeyd edək ki, bu il martın 11-də F.Əmirli barəsində seçilmiş həbs qətimkan tədbiri başa çatırdı. İstintaq orqanının təqdimatı əsasında Nəsimi rayon Məhkəməsi F.Əmirli barəsində olan həbs qərarının müddətini iyun ayının 2-dək uzatmışdı. F.Əmirlinin vəkili qərardan apellyasiya şikayəti vermişdi.

F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. Onun barəsindəki həbs qətimkan qərarının müddəti bir neçə dəfə artırılıb.

O, Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti