...

Gəncə sakininə xəsarət yetirib pulunu alan keçmiş məhkumlar tutulub

Hadisə Materials 10 Mart 2017 12:56 (UTC +04:00)
Gəncədə şəhər sakininə qarşı quldurluq edən şəxslər tutulub.
Gəncə sakininə xəsarət yetirib pulunu alan keçmiş məhkumlar tutulub

Bakı. Trend:

Gəncədə şəhər sakininə qarşı quldurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2015-ci il dekabrın 19-da Gəncə şəhər sakini Kəmaləddin Əliyevin baş nahiyəsinə küt alətlə xəsarət yetirərək 3900 manat, 19.000 ABŞ dolları, 100 avro, 238.000 rubl və 580 lari pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Rübayıl Əliyev və Yaşar Nağıyev tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti