...

Saatlı və Lənkəranda yanğın olub

Hadisə Materials 13 Mart 2017 08:35 (UTC +04:00)
Saatlı rayonu, Mollavazlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 m2 sahədə yanıb
Saatlı və Lənkəranda yanğın olub

Bakı. Trend:

Saatlı rayonu, Mollavazlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 m2 sahədə yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan sexin dam örtüyünün yanar konstruksiyaları 25 m2 sahədə və içərisində olan 3 ədəd dəzgah yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, sexin qalan hissəsi və bitişik qaraj yanğından mühafizə olunub. Yanğın saat 05:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti