...

Bakı-Sumqayıt yolundakı qəzada yaralananlardan 2-si əməliyyat olunacaq

Hadisə Materials 13 Mart 2017 12:03 (UTC +04:00)
Martın 9-da səhər saatlarında Bakı-Sumqayıt yolunda “Ford- tranzit” markalı mikroavtobusun qəzaya uğraması nəticələrində yaralanan şəxslərdən ikisi əməliyyat olunacaq.
Bakı-Sumqayıt yolundakı qəzada yaralananlardan 2-si əməliyyat olunacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Martın 9-da səhər saatlarında Bakı-Sumqayıt yolunda “Ford- tranzit” markalı mikroavtobusun qəzaya uğraması nəticələrində yaralanan şəxslərdən ikisi əməliyyat olunacaq.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, həmin şəxslər tezliklə çənə nahiyəsində aldıqları xəsarətlə əlaqədar əməliyyat olunacaqlar. Həmin yaralılar əməliyyat olunması məqsədi ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Kliniki Tibbi Mərkəzə köçürülüblər.

S.Əhmədova deyib ki, qəza nəticəsində yaralanan şəxslərdən 9-u hazırda müalicəsini davam etdirir. Onların 4-ü Kliniki Tibbi Mərkəzdə, 5-i isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında müalicə olunur.

Qeyd edək ki, martın 9-da səhər saatlarında baş verən qəza nəticəsində 6 nəfər dünyasını dəyişib, 20 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti