...

Polisi şantaj edərək pul tələb edən şəxslər həbs olunub

Hadisə Materials 13 Mart 2017 12:36 (UTC +04:00)
Biləsuvarda polis əməkdaşını şantaj edənlər yaxalanıb.
Polisi şantaj edərək pul tələb edən şəxslər həbs olunub

Bakı. Trend:

Biləsuvarda polis əməkdaşını şantaj edənlər yaxalanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 10-da Biləsuvar RPŞ-nin əməkdaşı, polis baş serjantı Cavad Həsənov Şöbənin rəhbərliyinə raportla müraciət edərək bir qrup rayon sakininin guya barəsində olan rüsvayedici videogörüntüləri sosial şəbəkədə yayacaqları ilə hədələyib və ondan 3.000 manat pul tələb etdiyini bildiriblər.

Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakinləri - əvvəllər məhkum olunmuş Ələddin İsmayılov, Çingiz və Yusif Kazımovlar rayon ərazisindəki kafelərdən birində 1000 manat məbləğində pulu polis əməkdaşından alarkən tutulublar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti