...

Gömrük nəzarətinə təqdim olunmayan qızıl boyunbağı müsadirə edilib

Hadisə Materials 14 Mart 2017 09:54 (UTC +04:00)
Gömrük nəzarətinə təqdim olunmayan qızıl boyunbağı müsadirə edilib.
Gömrük nəzarətinə təqdim olunmayan qızıl boyunbağı müsadirə edilib

Bakı. Trend:

Gömrük nəzarətinə təqdim olunmayan qızıl boyunbağı müsadirə edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsində İrana gedən Azərbaycan vətəndaşının gömrük nəzarəti zamanı hərəkətləri şübhə doğurduğuna görə saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama nəticəsində vətəndaşın üzərində - gömrük nəzarətinə yazılı, şifahi və ya elektron formada bəyan olunmamış, ümumi çəkisi 279,83 qram təşkil edən və kustar üsulla hazırlanan 1 ədəd qızıl boyunbağı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti