...

Ömürlük məhbus OMON-çuların şikayəti təmin edilmədi

Hadisə Materials 14 Mart 2017 11:39 (UTC +04:00)
Bu gün Ali Məhkəmədə ömürlük azadlıqdan məhrum edilən sabiq OMON-çular - Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovun kassasiya şikayətinə baxılıb.
Ömürlük məhbus OMON-çuların şikayəti təmin edilmədi

Bakı. Samir Əli - Trend:

Bu gün Ali Məhkəmədə ömürlük azadlıqdan məhrum edilən sabiq OMON-çular - Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovun kassasiya şikayətinə baxılıb. Trend-in məlumatına görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da təmin edilməyib.

Qeyd edək ki, ömürlük azadlıqdan məhrum edilən keçmiş OMON-çular kassasiya şikayətində cəzalarının 20 illik cəza ilə əvəz edilməsini istəyiblər.

Təqsirləndirilən şəxslər 1996-cı ildə ölüm cəzasına məhkum ediliblər. 1997-ci ildə onların cəzaları ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub.

Hər 3 şəxs ötən il Qaradağ rayon Məhkəməsinə müraciət edərək cəzalarının 20 illik həbslə əvəz edilməsi və azadlığa buraxılmalarını istəyiblər. Məhkəmə müraciətləri rədd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti