Bakı. Samir Əli - Trend:
Şirvan Apelyasiya Məhkəməsində tələbələrdən rüşvət almaqda təqsirləndirilərək həbs edilən Astara Pedaqoji Kollecinin direktoru Əlihəsən Həmzəyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
Trend-in məlumatına görə, hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə araşdırılan şikayət təmin edilməyib. Məhkəmə birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
İttihama görə, Ə.Həmzəyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə ittiham edilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum olunub.