...

Paytaxtda yaşayış binasında yanğın - 1 yaralı

Hadisə Materials 15 Mart 2017 13:07 (UTC +04:00)
Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Paytaxtda yaşayış binasında yanğın - 1 yaralı

Bakı. Trend:

Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, binanın ofis üçün nəzərdə tutulmuş ikinci mərtəbəsində ümumi sahəsi 3 m2 olan gözətçi otağının yanar konstruksiyaları yanıb.

Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti