...

Paytaxtda mənzildə meyit tapılıb

Hadisə Materials 15 Mart 2017 13:28 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Paytaxtda mənzildə meyit tapılıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1941-ci il təvəllüdlü Hüseynov Fikrət Eyyub oğlunun cəsədini aşkar edərək aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 10:45-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti