...

Silahlı şəxslər yaxalanıb

Hadisə Materials 16 Mart 2017 13:30 (UTC +04:00)
Bakıda bir gündə iki silahlı şəxs yaxalanıb.
Silahlı şəxslər yaxalanıb

Bakı. Trend:

Bakıda bir gündə iki silahlı şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 15-də Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mərdəkan qəsəbə sakini Namiq Qafarovdan nömrəsi silinmiş "TT" markalı tapança və 3 ədəd patron götürülüb.

Həmin gün Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Vasif Abbasovdan 4,726 qram tiryək, 8 ədəd 50 milliqramlıq tramadol, 1 ədəd 300 milliqramlıq pregavalin, 2 tropikamiddin polimer qabda olan maye, yaşadığı evə baxış zamanı isə 1 kiloqram 545 qram tiryək və nömrəsi silinmiş "Naqan" markalı tapança aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti