...

Paytaxtda su ventilləri oğurlayan şəxslər tutulub

Hadisə Materials 19 Mart 2017 13:52 (UTC +04:00)
Bakıda yaşayış binalarının birindən su ventilləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Paytaxtda su ventilləri oğurlayan şəxslər tutulub

Bakı. Trend:

Bakıda yaşayış binalarının birindən su ventilləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Verilən məlumata görə, martın 18-də Xətai rayonu ərazisindəki yaşayış binalarının birinin girişindən 8 ədəd su ventilləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, Əlişir Quliyev, Xan Məhəmmədov və İlqar Ələkbərov Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən tutularaq 36-cı PB-yə təhvil veriliblər.

Xəbər lenti

Xəbər lenti