...

Əvvəllər məhkum edilmiş şəxs yenə oğurladı

Hadisə Materials 19 Mart 2017 16:46 (UTC +04:00)
Bakıda əvvəllər məhkum edilmiş şəxs saxlanılıb.
Əvvəllər məhkum edilmiş şəxs yenə oğurladı

Bakı. Trend:

Bakıda əvvəllər məhkum edilmiş şəxs saxlanılıb. Trend-ə bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 11-də Bakı şəhər sakini Ruslan Məmmədova məxsus "Audi" markalı avtomobildən içərisində 1300 manat və 90 ABŞ dolları pul, habelə bankomat kartı olan pul kisəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Rüstəm Vəliyev tutulub.

Xəbər lenti

Xəbər lenti