Bakı. Trend:
Yardımlı rayonu, Deman kəndində yanğın qeydə alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Yardımlı rayonu, Deman kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 m² olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə və bitişik ümumi sahəsi 15 m² olan vaqon tipli köməkçi otağın yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Yanğın saat 13:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.