...

Paytaxtda 3 otaqlı ev yanıb

Hadisə Materials 22 Mart 2017 16:40 (UTC +04:00)
Paytaxtda vətəndaşa məxsus 3 otaqlı evdə yanğın olub.
Paytaxtda 3 otaqlı ev yanıb

Bakı. Trend:

Paytaxtda vətəndaşa məxsus 3 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 36 m2 sahədə, 1 otağın və dəhlizin yanar konstruksiyaları 36 m2 sahədə yanıb.

Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti