...

Bakıda çürümüş kişi meyiti tapılıb

Hadisə Materials 23 Mart 2017 13:43 (UTC +04:00)
Bakıda çürümüş kişi meyiti tapılıb.
Bakıda çürümüş kişi meyiti tapılıb

Bakı. Trend:

Bakıda çürümüş kişi meyiti tapılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 19-da Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində sinə nahiyəsində kəsilmiş-deşilmiş xəsarətləri olan çürüməyə məruz qalmış kişi meyiti tapılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi rayon Polis İdarəsi 7-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Əliyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti