...

Zərdabda evdə partlayış olub, 3 nəfər yanıb

Hadisə Materials 23 Mart 2017 13:51 (UTC +04:00)
Zərdabda evdə partlayış baş verib.
Zərdabda evdə partlayış olub, 3 nəfər yanıb

Bakı. Trend:

Zərdabda evdə partlayış baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 20-də saat 20 radələrində Zərdab rayonunun Məlikli kəndində yaşayan Habil Qasımovun evinin mətbəxində təbii qazın sızmasından ani partlayış baş verib.

Nəticədə mətbəxin şüşələri sınıb, ev sahibinin oğlu Turqut, qohumları Yeganə Manaflı və onun nəvəsi Adəm Manaflı yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti