...

Qanunsuz silah saxlayanlara qarşı əməliyyatlar davam edir

Hadisə Materials 23 Mart 2017 17:06 (UTC +04:00)
Polis qanunsuz silah saxlayanlara qarşı əməliyyatları davam etdirir.
Qanunsuz silah saxlayanlara qarşı əməliyyatlar davam edir

Bakı. Trend:

Polis qanunsuz silah saxlayanlara qarşı əməliyyatları davam etdirir.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 20-də Şəki ŞRPŞ əməkdaşları tərəfindən Cumakənd kənd sakini Əkrəm Loğmanovdan müvafiq sənədləri olmayan "İJ-16" markalı tüfəng götürülüb.

Martın 21-də Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Keşlə dəmir yolu stansiyası ərazisində Abşeron rayon sakini Orxan Əliyevdən nömrəsi silinmiş "Makarov" markalı tapança və həmin tapançaya aid 3 ədəd patron götürülüb.

Bundan başqa, ötən gün Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə martın 21-də Qaçaqkənd kənd sakini Elçin Məmmədovun evinə baxış zamanı oradan müvafiq sənədləri olmayan "İJ-12" markalı tüfəng və 43 ədəd patron aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti