...

Sabunçuda 4 otaqlı ev yanıb

Hadisə Materials 25 Mart 2017 08:51 (UTC +04:00)
Bakı şəhəri, Sabunçu rayonunda yanğın qeydə alınıb
Sabunçuda 4 otaqlı ev yanıb

Bakı. Trend:

Bakı şəhəri, Sabunçu rayonunda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan birmərtəbəli 4 otaqlı evin mətbəxində rəf 3 m2 sahədə yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 12 m2 sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

anğın saat 05:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti