...

Tovuzda avtobus "JEEP"-lə toqquşdu

Hadisə Materials 27 Mart 2017 08:54 (UTC +04:00)
Tovuz rayonu, Aşağı Quşçu kəndində yol qəzası baş verib
Tovuzda avtobus "JEEP"-lə toqquşdu

Bakı. Trend:

Tovuz rayonu, Aşağı Quşçu kəndində yol qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Tovuz rayonu, Aşağı Quşçu kəndində “SETRA” markalı mikroavtobus ilə “JEEP” markalı minik avtomobilin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 00:25-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti