...

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Hadisə Materials 27 Mart 2017 16:20 (UTC +04:00)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakı. Trend:

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 115 kvadratmetr olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 12 kvadratmetr sahədə və 2 otağının qapısı yanıb.

Yüksək temperaturdan 16 kvadratmetr sahədə dəhlizin divarları qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti