...

İrandan gələn vətəndaşın daxili orqanında narkotik aşkar edilib

Hadisə Materials 28 Mart 2017 10:13 (UTC +04:00)
İrandan gələn vətəndaşın daxili orqanında narkotik vasitə aşkar edilib.
İrandan gələn vətəndaşın daxili orqanında narkotik aşkar edilib

Bakı. Trend:

İrandan gələn vətəndaşın daxili orqanında narkotik vasitə aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı vətəndaşın daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə xalis çəkisi 12,970 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti