...

Prorektorun otağından yarım milyon manatı oğurlayan dəstəyə hökm oxundu

Hadisə Materials 28 Mart 2017 16:53 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Prorektorun otağından yarım milyon manatı oğurlayan dəstəyə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyib. Prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən Sübhan Ələkbərov 7 il, Pərviz Quliyev, Həzrət Məmmədov, Ramin Abbasovun hər biri 9 il, Vüqar Vəliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmənin hökmü ilə digər təqsirləndirilən Mirsənan Seyidov 1500 manat, Fərahim Baxışov isə 2500 manat cərimə edilib.

Təqsirləndirilən şəxslər 2016-cı ilin yanvar ayında Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyevin iş otağından içərisində 429 min 722 manat dəyərində pul olan seyfi oğurlamaqda ittiham olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti