...

Yasamalda yaşayış binasındakı yanğın söndürülüb (YENİLƏNİB)

Hadisə Materials 28 Mart 2017 21:19 (UTC +04:00)
Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.
Yasamalda yaşayış binasındakı yanğın söndürülüb (YENİLƏNİB)

İlk xəbər 18:45-də yayımlanıb

Bakı. Trend:

Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir.

Məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 81 m2 olan 3 otaqlı mənzilin 2 otağının, dəhlizinin yanar konstruksiyaları 50 m2 və dam örtüyü 80 m2 sahədə yanıb. Qonşu mənzillər və mansardın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

XXX

18:45

Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti