...

Şabranda 7 otaqlı, Kürdəmirdə 2 otaqlı ev yanıb

Hadisə Materials 28 Mart 2017 21:24 (UTC +04:00)
Şabranda və Kürdəmirdə yanğın qeydə alınıb
Şabranda 7 otaqlı, Kürdəmirdə 2 otaqlı ev yanıb

Bakı. Trend:

Şabranda və Kürdəmirdə yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Şabran rayonu, Xırdaoymaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 176 m2 olan ikimərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın Kürdəmir rayonu, Çöl Qubalı kəndində baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının yanar konstruksiyaları 30 m2 və aynabəndin tavanı 70 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti