...

Lənkəranda yanğın olub, 1 nəfər xəsarət alıb

Hadisə Materials 29 Mart 2017 09:10 (UTC +04:00)
Lənkəranda yanğın qeydə alınıb
Lənkəranda yanğın olub, 1 nəfər xəsarət alıb

Bakı. Trend:

Lənkəranda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Lənkəran rayonu, Sütəmurdov kəndində çay fabrikinin ərazisində İran İslam Respublikasının vətəndaşına məxsus "TIR" markalı yük avtomobilinin kabinəsinin yanar hissələri, yük hissəsinə yığılmış 30 ton çayın 1 tonu və sahibi məlum olmayan digər yük avtomobilinin kabinəsi yanmışdır.

Yanğın zamanı 1 nəfər müxtəlif yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Hər iki yük avtomobilinin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın saat 03:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti