...

Paytaxtda yaşayış binasında yanğın olub

Hadisə Materials 30 Mart 2017 04:58 (UTC +04:00)
Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub
Paytaxtda  yaşayış binasında yanğın olub

Bakı. Trend:

Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 36 m² olan 2 otaqlı mənzilin mətbəxində məişət əşyası yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 23:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti