...

Sumqayıtda içib maşının yerini unudan şəxs polisə: Maşınımı qaçırıblar

Hadisə Materials 30 Mart 2017 12:33 (UTC +04:00)
Sumqayıtda sərxoş şəxs avtomobilinin oğurlanması barədə polisə yalan məlumat verib
Sumqayıtda içib maşının yerini unudan şəxs polisə: Maşınımı qaçırıblar

Bakı. Trend:

Sumqayıtda sərxoş şəxs avtomobilinin oğurlanması barədə polisə yalan məlumat verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 29-da Sumqayıt şəhər sakini Rövşən Əliyev 4-cü PB-yə müraciət edib martın 29-na keçən gecə ona məxsus "VAZ-2106" markalı avtomobilin qaçırılmasını bildirib.

Avtomobil həmin gün Ceyranbatan qəsəbəsi ərazisində tapılıb.

Araşdırmalar zamanı məlumat təsdiqini tapmayıb. Müəyyən edilib ki, R.Əliyev həmin gün sərxoş vəziyyətdə olduğundan avtomobili harada saxladığını unudub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti