...

Çayda batdığı ehtimal edilən 5 yaşlı uşağın axtarışı başlanıb

Hadisə Materials 30 Mart 2017 19:27 (UTC +04:00)
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göyçay şəhərində çayda batdığı ehtimal olunan 2012-ci il təvəllüdlü Kazımova Xədicə Azər qızının batması barədə məlumat daxil olub.
Çayda batdığı ehtimal edilən 5 yaşlı uşağın axtarışı başlanıb

Bakı. Trend:

Çayda batdığı ehtimal edilən 5 yaşlı uşağın axtarışı başlanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göyçay şəhərində çayda batdığı ehtimal olunan 2012-ci il təvəllüdlü Kazımova Xədicə Azər qızının batması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti