...

Həyat yoldaşını qətlə yetirən Qəbələ sakini tutulub

Hadisə Materials 31 Mart 2017 11:47 (UTC +04:00)
Həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən Qəbələ rayonunun Böyük Pirəlli kənd sakini Vaqif Ağababayev tutulub.
Həyat yoldaşını qətlə yetirən Qəbələ sakini tutulub

Bakı. Trend:

Həyat yoldaşı Afəti bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Qəbələ rayonunun Böyük Pirəlli kənd sakini Vaqif Ağababayev tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 30-da Qəbələ şəhərində Böyük Pirəlli kənd sakini Vaqif Ağababayev ailə münaqişəsi zəminində həyat yoldaşı Afətə bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən Afət orada ölüb. V.Ağababayev RPŞ-nin əməkdaşları tərəfindən tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti