...

Həyat yoldaşını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında

Hadisə Materials 31 Mart 2017 13:11 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə, özünü isə bıçaqlamaqda təqsirləndirilən Yusifov Eldəniz Şirin oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Həyat yoldaşını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə, özünü isə bıçaqlamaqda təqsirləndirilən Yusifov Eldəniz Şirin oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası aprelin 3-nə təyin edilib.

İttihama görə, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Allahverdiyev küçəsi, ev 1, mənzil 34 ünvanında yaşayan 1966-cı il təvəllüdlü E.Yusifov evində münaqişə zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Ceyhunəyə balta ilə baş və boyun nahiyələrinə xəsarət yetirib, sonra isə özünü bıçaqlayıb. Hər iki yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

E.Yusifov törətdiyi cinayət əməlini etiraf edərək. O, həyat yoldaşını qısqandığı üçün bunu etdiyini söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti