...

Gömrükdə narkotik keçirməyə cəhd edənlər saxlanılıblar

Hadisə Materials 3 Aprel 2017 12:22 (UTC +04:00)
İrandan Azərbaycana narkotik keçirməyə cəhd edənlər saxlanılıblar.
Gömrükdə narkotik keçirməyə cəhd edənlər saxlanılıblar

Bakı. Samir Əli - Trend:

İrandan Azərbaycana narkotik keçirməyə cəhd edənlər saxlanılıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə bildiriblər ki, Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı vətəndaşın daxili orqanında (düz bağırsağında) bir ədəd bükümdə 34 ədəd metadon adlı həb aşkar olunub.

Xatırladaq ki, metadon adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və 34 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 1,36 qram təşkil edir.

Eyni zamanda, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə gələn İran vətəndaşının idarə etdiyi minik avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.

Yoxlama zamanı xidməti itin reaksiyasına əsasən, avtomobilin salonunda, ön panelin sağ hissəsində yerləşən barın içərisində bir ədəd bükümdə, xalis çəkisi 36,873 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti