...

Bakıda qadını qarət edən şəxslərə hökm oxundu

Hadisə Materials 3 Aprel 2017 12:50 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Orxan Sultanlı və Fəqan Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakıda qadını qarət edən şəxslərə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Orxan Sultanlı və Fəqan Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə O.Sultanlı və F.Nəcəfovun hər biri 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, 2015-ci ilin sentyabrında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Nəcəfov və O.Sultanov tutulublar. Onlar paytaxt sakini Əfsanə Abbasovaya hədə-qorxu gələrək, onun 945 manat pulunu alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti