...

Qəbiristanlıqdan oğurluq edən şəxs tutulub (FOTO)

Hadisə Materials 5 Aprel 2017 17:58 (UTC +04:00)
Balaxanı qəsəbəsində yerləşən qəbiristanlıqda olan məzarlarının üzərindən dəmir barmaqlıqlar və xaçların oğurlanması barədə məlumat verilib.
Qəbiristanlıqdan oğurluq edən şəxs tutulub (FOTO)

Bakı. Trend:

Sabunçu Rayon Polis İdarəsinə vətəndaş Dimitri Singin və Oleq Quryanov qohumlarının Balaxanı qəsəbəsində yerləşən qəbiristanlıqda olan məzarlarının üzərindən dəmir barmaqlıqlar və xaçların oğurlanması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu RPİ və 12-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini əvvəllər məhkum olunmuş Hümbət Kərimov saxlanılıb.

Saxlanılan şəxsin Balaxanı qəsəbəsindəki fərdi yaşayış evinə baxış zamanı oradan məzarların dəmir barmaqlıqları və metal lövhələri aşkar olunaraq götürülüb. H.Kərimov ilkin izahatı zamanı dəmir parçalarını satmaq niyyəti ilə oğurladığını bildirib.

Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Nazirliyin məlkumatında bildirilir ki, istər paytaxtda, istərsə də regionlarda müxtəlif dinlərə məxsus olan çoxsaylı abidələrdə, maddi-mədəniyyət nümunələrində, o cümlədədən qəbiristanlıqlarda dövlət hesabına təmir-bərpa işləri aparılır. Həmin maddi-mənəvi abidələrin mühafizəsi isə daxili işlər orqanları tərəfindən etibarlı şəkildə qorunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti