...

Abşeronda yanğın - bir nəfər ölüb

Hadisə Materials 7 Aprel 2017 09:44 (UTC +04:00)
Abşeron rayonunda yanğın olub, ölən var.
Abşeronda yanğın - bir nəfər ölüb

Bakı. Trend:

Abşeron rayonunda yanğın olub, ölən var.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Hökməli qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı tikilinin içərisində 1 ədəd yataq dəsti yanıb.

Yanğının kəşfiyyatı zamanı tikilinin içərisində şəxsiyyəti məlum olmayan 1 kişi cəsədi aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti