...

Gömrükçülər 8 minə yaxın siqareti müsadirə edib

Hadisə Materials 7 Aprel 2017 11:15 (UTC +04:00)
"Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Renault Megane" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Gömrükçülər 8 minə yaxın siqareti müsadirə edib

Bakı. Trend:

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Renault Megane" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsininşüşəsilən qurğusununaltından gömrük nəzarətindən gizlədilən 7800 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti