...

Bakıda əcnəbi vətəndaşın evini qarət edən qadına hökm oxundu

Hadisə Materials 7 Aprel 2017 13:12 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda yaşayan əcnəbinin mənzilini qarət etməkdə təqsirləndirilən Xanım Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakıda əcnəbi vətəndaşın evini qarət edən qadına hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda yaşayan əcnəbinin mənzilini qarət etməkdə təqsirləndirilən Xanım Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədova 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2016-cı ilin sentyabr ayında Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Almaniya vətəndaşı Axel Güntel Gülbeztin evindən 6000 avro pul oğurlamaqda şübhəli biliən Gürcüstan vətəndaşı X.Məmmədova tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti