...

Abşeronda ayaqqabı təmirçisi köşkündə yanıb öldü

Hadisə Materials 8 Aprel 2017 12:33 (UTC +04:00)
Abşeron rayonunda sahibkar icarəyə götürdüyü sexdə yanıb ölüb.
Abşeronda ayaqqabı təmirçisi köşkündə yanıb öldü

Bakı. Trend:

Abşeron rayonunda sahibkar icarəyə götürdüyü sexdə yanıb ölüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 7-də saat 7 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsindəki ümumi sahəsi 25 kvm. olan ayaqqabı təmiri köşkündə yanğın baş verib.

Nəticədə yanar konstruksiyalar yanıb, yanğın söndürüldükdən sonra oranın icarədarı - Beyləqan rayon sakini Yusif Hüseynovun yanmış meyiti tapılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti