...

Avtomobilin salonunda gizlədilən telefonlar gömrükdə aşkar edildi - FOTO

Hadisə Materials 10 Aprel 2017 11:49 (UTC +04:00)
"Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Avtomobilin salonunda gizlədilən telefonlar gömrükdə aşkar edildi - FOTO

Bakı. Trend:

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı avtomobilin salonundan gömrük nəzarətindən gizlədilən, üzərində "CORN" yazısı olan 3 ədəd mobil telefon, 10 ədəd mobil telefon qutusu, 16 ədəd mobil telefon qidalandırıcısı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti