...

Çoxmərtəbəli evin zirzəmisi yandı, 1 nəfər tüstüdən zəhərləndi

Hadisə Materials 10 Aprel 2017 20:24 (UTC +04:00)
Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Çoxmərtəbəli evin zirzəmisi yandı, 1 nəfər tüstüdən zəhərləndi

Bakı. Trend:

Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın zirzəmisində 1 ədəd yataq dəsti yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmiş vəziyyətdə yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Zirzəmi yanğından mühafizə olunub. Yanğın saat 17:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti