...

DİN Bakıda kirayənişinin ev sahibini qətlə yetirməsi barədə məlumat yayıb

Hadisə Materials 11 Aprel 2017 11:47 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) Bakıda ev sahibinin kirayənişin tərəfindən qətlə yetirilməsi barədə məlumat yayıb.
DİN Bakıda kirayənişinin ev sahibini qətlə yetirməsi barədə məlumat yayıb

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyi (DİN) Bakıda ev sahibinin kirayənişin tərəfindən qətlə yetirilməsi barədə məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, aprelin 10-da Bakı şəhər sakini Fial İsmayılov Suraxanı rayonunun Binə qəsəbəsindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən, həmin evdə kirayə yaşayan Gürcüstan vətəndaşı İlkin Əhmədov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti