...

Bulvarda intihar olub

Hadisə Materials 11 Aprel 2017 11:50 (UTC +04:00)
Bulvarda intihar hadisəsi olub.
Bulvarda intihar olub

Bakı. Trend:

Bulvarda intihar hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və 1994-cü il təvəllüdlü Həsənli İlham Səməndər oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 10:23-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti