...

Atasını içki üstündə öldürən oğul 12 il azadlıqdan məhrum edilib

Hadisə Materials 11 Aprel 2017 13:34 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada atasını qətlə yetirməkdə təqsirləndirilən 1993-cü il təvəllüdlü Sərxan Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Atasını içki üstündə öldürən oğul 12 il azadlıqdan məhrum edilib

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada atasını qətlə yetirməkdə təqsirləndirilən 1993-cü il təvəllüdlü Sərxan Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. S.Heydərov 12 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il noyabr ayının 10-da Quba rayonunda oğlu tərəfindən qətlə yetirilən - 1968-ci il təvəllüdlü Siyavuş Heydərov Quba rayonu ərazisində sahibkarlıqla məşğul olub. S.Heydərov Quba şəhərində “Ulduz” kafesini işlədirmiş. Qətl hadisəsi kafedə baş verib. S.Heydərovun oğlu, 1993-cü il təvəllüdlü S.Heydərov içki düşkünü olub və bu barədə ata ilə oğul arasında dəfələrlə mübahisə yaranıb.

Noyabrın 10-da Sərxan atasının kafesinə sərxoş vəziyyətdə gəlib, orada içki içmək istəyib. Lakin atası ona spirtli içki verməyib və aralarında mübahisə yaranıb. Atasının etirazına əsəbiləşən Sərxan kafenin mətbəxinə keçib və oradan götürdüyü mətbəx bıçağı ilə atasına bir neçə zərbə endirərək hadisə yerindən qaçıb.

S.Heydərov xəstəxana yolunda ölüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Heydərov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti