...

Avtomobilin təkərlərində gizlədilən 13 000 siqaret müsadirə edildi

Hadisə Materials 12 Aprel 2017 09:54 (UTC +04:00)
Gömrük nəzarətindən gizlədilən 13 000 ədəd "NZ Gold Compact" markalı siqaret aşkar edilib.
Avtomobilin təkərlərində gizlədilən 13 000 siqaret müsadirə edildi

Bakı. Trend:

Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Ford Transit" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin ön və arxa təkərlərinin içərisindən gömrük nəzarətindən gizlədilən 13 000 ədəd "NZ Gold Compact" markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti