...

Abşeronda qətl olub

Hadisə Materials 13 Aprel 2017 12:19 (UTC +04:00)
Abşeron rayonunda qətl hadisəsi baş verib.
Abşeronda qətl olub

Bakı. Trend:

Abşeron rayonunda qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 10-da Abşeron rayonunun "28 May" qəsəbəsi ərazisindən qəsəbə sakini Tapdıq Məmliyev döyülmə xarakterli xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Salyan rayon sakinləri Səftər Hacıyev, qardaşı Bəxtiyar və əmisi oğlu Şahmar Hacıyev tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti