...

Gömrükdə külli miqdarda siqaret müsadirə olunub (FOTO)

Hadisə Materials 14 Aprel 2017 10:15 (UTC +04:00)
Gömrükdə külli miqdarda siqaret müsadirə olunub.
Gömrükdə külli miqdarda siqaret müsadirə olunub (FOTO)

Bakı. Trend:

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz C220 CDI" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq çənindən və ön panelindən gömrük nəzarətindən gizlədilən 13 000 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.

Digər fakt isə "Samur" gömrük postunda qeydə alınıb. Xaşmaz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinin əldə etdiyi əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz 200" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin salonunun döşəməsinin altından gömrük nəzarətindən gizlədilən 4000 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti